\
19 Aprel 2024 - Cümə

“Oskar” mükafatçısı təcavüzdə ittiham edilir

“Oskar” mükafatçısı təcavüzdə ittiham edilir
1791baxış

Amerikalı aktyor və rejissor Timoti Hatton yeniyetməyə qarşı təcavüzdə ittiham olunur.

“Report” “Buzzfeed”ə istinadən xəbər verir ki, bunu T.Hatton tərəfindən illər öncə təcavüzə uğramış Sara Conson açıqlayıb.

Məlumata görə, hadisə 1983-cü ildə aktyorun “Buz adam” filminin çəkilişlərində iştirak etdiyi Kanadanın Vankuver şəhərində baş verib. 

S.Consonun sözlərinə görə, o zaman onun 14 yaşı olub. Timoti Hatton onu rəfiqələri ilə birgə mehmanxana otağına dəvət edib.

Qadının bildirdiyinə görə, hoteldə T.Hatton və onun dostu ona təcavüz ediblər.

Aktyor isə bütün ittihamları rədd edir.

Xatırladaq ki, T.Hatton “Qızıl qlobus” və “Oskar” mükafatçısıdır. O, bu mükafatları “Adi insanlar” (1980) filminə görə qazanıb.