\
19 Aprel 2024 - Cümə

"Doldur ürəyimi" Funda Ararın ifasında - VİDEO

"Doldur ürəyimi" Funda Ararın ifasında - VİDEO
1968baxış

Azərbaycanın tanınmış cütlüyü Leyli və Hakan Erolun ərsəyə gətirdiyi "Doldur ürəyimi" mahnısı Türkiyənin tanınmış müğənnisi Fundada Ararın ifasında səsləndirilib.

Mediapress.az xəbər verir ki, "Doldur ürəyimi"in ilk ifaçısı Xalq Artisti Röya Ayxan olub. 

"Yazdığımız uğurlu mahnılardan biri... ”Doldur Ürəyimi” Xalq Artisti Röyadan sonra Funda Ararın ifasında", - deyə Leyli xanım sosial şəbəkələrdəki səhifəsində bu barədə qısa məlumat verib.

Xatırladaq ki, mahnının sözləri Leyli və məşhur Sinan Akçılə, musiqisi Hakan Erola, düzənləmə işləri isə Febyo Taşelə aiddir. 

Əlbəttə ki, bu, təkcə Leyli və Hakan Erol cütlüyünün yox, həm Azərbaycan incəsənətinin uğuru, həm də Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsidir.  

Günel Ayxan