\
2 Aprel 2020 - Cümə axşamı

İlham Əliyev Əməkdar artistə mənzil verdi (FOTO)

İlham Əliyev Əməkdar artistə mənzil verdi (FOTO)
1284baxış
Prezident İlham Əliyev Əməkdar artist Lalə Məmmədovaya ev hədiyyə edib.
 
Sabah.az xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən mənzil üç otaqdan ibarətdir.
 
Lalə Məmmədova açıqlamasında məlumatı təsdiqləyib.
 
O deyib ki, ad gününə bundan gözəl hədiyyə ola bilməzdi:
 
"Ölkə başçısına təşəkkür edirəm. Heydər Əliyev Fondu da təmir işlərini öz üzərinə götürdü. Birinci vitse-prezidentimiz Mehriban Əliyevaya da minnətdaram. Sırf sənətlə məşğul olduğum üçün ev ala bilmirdim. Buna ehtiyacım var idi. İnşallah, balalarımla bu evdə yaşayacam”.