\
20 Aprel 2024 - Şənbə

Azər Zahidin evində soyğunçuluq edənlər yaxalanıblar

Azər Zahidin evində soyğunçuluq edənlər yaxalanıblar
1893baxış

Teleaparıcı Azər İsmayılovun (Zahid) Mərdəkan-Buzovna yolunun üstündə tikdirdiyi villasında baş verən oğurluq hadisəsinin üstü açılıb.

Bu barədə KİV-ə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunanlar - 1978-ci il təvəllüdlü Y.Yusifov və 1969-cu il təvəllüdlü R.Əliyev müəyyən olunaraq saxlanılıb, maddi sübutlarla birlikdə İstintaq şöbəsinə təhvil verilib. 

Faktla bağlı şübhəli şəxslər ətrafında araşdırmalar davam etdirilir.