\
28 Mart 2024 - Cümə axşamı

Bakıda müğənnini maşın vurdu, dünyasını dəyişdi

Bakıda müğənnini maşın vurdu, dünyasını dəyişdi
3074baxış

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb.

Hadisə Azadlıq prospektində baş verib.

32 yaşlı Müşərrəf Zeynalova yolu keçərkən onu "Opel” markalı minik avtomobili vurub.

Yaralı aldığı xəsarətlərdən hadisə yerindən dünyasını dəyişib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Dünyasını dəyişən qadın müğənni olub. O Banu adıyla tanınırmış.

Sosial şəbəkədə fəal olan xanım müğənni 3 gün öncə yeni mahnısını təqdim edibmiş. (azxeber)

Mediapress.az