\
4 Iyun 2020 - Cümə axşamı

Səidə Sultan Röyanın yeni imicini lağa qoydu - "Niyə inciyirsiniz ki? Fakt göz önündədir” - FOTOLAR

Səidə Sultan Röyanın yeni imicini lağa qoydu - "Niyə inciyirsiniz ki? Fakt göz önündədir” - FOTOLAR
2878baxış

Mediapress.az xəbər verir ki, Xalq Artisti Röya Ayxan tanınmış stilist Anar Ağakişiyevin sayəsində imicində dəyişiklik edib. Fotosessiya bütün xəbər portallarında paylaşılıb. Bu göz qamaşdıran dəyişikliyi həmkarı Səidə Sultan da görüb və onu plagiatlıqda suçlayıb. Səidə öz İnstagram hesabında müqayisəli şəkil paylaşaraq, yazıb: 

"Röyanın İnstaqramda xəbər səhifələrindən sildirdiyi şəkili istədim öz səhifəmdə paylaşım. Sizcə, düz eləmişəm? Şərhi sizə buraxıram. Xatırladım ki, bu şəkli mən 2019-cu il 17 iyunda çəkdirmişəm. Ünvanlıdır. Niyə inciyirsiniz ki? Fakt göz önündədir”.

N. Həbibi isə Səidənin postuna “İdeya mənbəyidir ey... Gündə bir şey fikirləşir yazıq”, - deyə qeyd edib.
 
Günel Ayxan