\
29 Mart 2024 - Cümə

"Kobra Pərviz": "Sabah doğmalarıma qovuşacağım üçün xoşbəxtəm" YENİLƏNDİ - EKSKLÜZİV

"Kobra Pərviz": "Sabah doğmalarıma qovuşacağım üçün xoşbəxtəm" YENİLƏNDİ - EKSKLÜZİV
10604baxış

Kikboks üzrə 6 qat dünya çempionumuz, "Kobra" ləqəbli Pərviz Abdullayevin Mediapress.az-a verdiyi məlumata görə, uzun çəkən ayrılıqdan sonra nəhayət ki, o, vətəninə, sevdiklərinə, doğmalarına qovuşacaq. "Azərbaycan üçün burnumun ucu göynəyirdi. Axır ki, qovuşacağam. Çox xoşbəxtəm!"- deyən çempion ikinci dəfə də "Surviver"ə qatılmağı planlaşdırıb. 

 

11:04

Türkiyənin TV8 telekanalında yayımlanan məşhur "Survivor" yarışını tərk edən Kikboks üzrə 6 qat dünya çempionumuz, "Kobra" ləqəbli Pərviz Abdullayevdən xəbər əldə etmişik.

Belə ki, 7 aprel tarixindən etibarən yarışmanı tərk etsə də, pandemiya səbəbindən Dominikandan Azərbaycana qayıtması mümkün olmayan çempion bu gün 17:00-da İstanbulda olacaq, sabah 14:00-da isə Bakıya uçacaq.

Mediapress.az-ın etibarlı mənbədən əldə etdiyi məlumatına görə, “Acun Media” “Kobra Pərviz”i ilk öncə Türkiyəyə, ordan isə Azərbaycana yola salmağa hazırdır.

Əlavə edək ki, Şimali Amerika materikində – Karibyanı dəniz hövzəsi ölkəsi olan Dominikan Respublikasında 1956 nəfər koronavirusa yoluxub. Lakin həmin ölkədə hələlik ölüm faktı qeydə alınmayıb.

Könül Aypara