\
2 Iyul 2020 - Cümə axşamı

"Parni iz Baku"nun aktyoru vəfat etdi (FOTO) - FOTOLAR

"Parni iz Baku"nun aktyoru vəfat etdi (FOTO) - FOTOLAR
4171baxış

Əfsanəvi "Parni iz Baku" KVN komandasının aktyoru Rauf Əsgərov vəfat edib.

 
''Ölkə.Az'' xəbər verir ki, bu barədə aktyor Vado Korovin sosial şəbəkədə məlumat verib.
 
''Çox kədərlə qeyd etmək istəyirəm ki, bizim Rauf Əsgərov vəfat edib. Allah rəhmət etsin'',- deyə o, qeyd edib.
 
Qeyd edək ki, Rauf Əsgərov  90-ci illərdə KVN komandasının üzvü olub. O, bir müddət Rusiyada yaşayıb.