\
2 Iyul 2020 - Cümə axşamı

DİN: Kamil Zeynallı digər sürücü ilə yol üstündə dava edib - VİDEO

DİN: Kamil Zeynallı digər sürücü ilə yol üstündə dava edib - VİDEO
2431baxış

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə idmançı Kamil Zeynallının avtomobil yolunda polisin yanında digər sürücü ilə dava etməsi ilə bağlı yayılan görüntülərinə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov KİV-ə açıqlamasında bildirib ki, hadisə Bakı-Şamaxı yolunda yerləşən karantin postunda qeydə alınıb.

“Hadisə zamanı Kamil Zeynallı digər sürücü ilə yol üstündə bir-biri ilə dava ediblər. Ərazidə olan polis əməkdaşları da onları saxlayaraq, aidiyyəti üzrə Polis Bölməsinə gətiriblər. Polis Bölməsində də həmin şəxslərin izahatları alınaraq sərbəst buraxılıb. Buna baxmayaraq, araşdırmalar davam etdirilir. Nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - E.Zahidov bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə K.Zeynallının avtomobil yolunda digər sürücü ilə polisin yanında dava etdiyi barədə görüntülər yayılıb.