\
19 Aprel 2024 - Cümə

"Toydan söhbət gedə bilməz” - Emin Ağalarov

"Toydan söhbət gedə bilməz” - Emin Ağalarov
1471baxış
Ötən gün sosial şəbəkələrdə və mətbuatda sabiq deputat Hadı Rəcəblinin nəvəsinə toy etməsi barədə məlumat yayılıb. Sözügedən məlumatda mərasimə 150 nəfər qonaq dəvət edildiyi vurğulanıb. Lakin bir müddət sonra ailə açıqlama verərək iddiaları təkzib edib. Yaxınların verdiyi məlumata görə, sadəcə "Sea Breeze” restoranında 7-8 nəfərin iştirakı ilə nikah mərasimi baş tutub.
 
Mediapress.az xəbər verir ki, "Sea Breeze” restoranının sahibi, müğənni Emin Ağalarov Baku TV-yə açıqlama verərək heç bir toydan söhbət gedə bilməyəcəyini diqqətə çatdırıb:
 
"Bu gün Azərbaycan mətbuatında "Sea Breeze”də toy keçiriləcəyi  barədə məlumatlar yayılıb. Mən hər kəsi əmin edirəm ki, bu, belə deyil. Restoranın terrası 6 nəfər üçün nəzərdə tutulub, karantin qaydalarına tam əməl olunur, hovuz fəaliyyət göstərmir, ara məsafəsini saxlamaqla dəniz fəaliyyətinə icazə var, toydan isə söhbət gedə bilməz”.