\
20 Aprel 2024 - Şənbə

Elnarə Abdullayeva polisə etiraz etdi, bölməyə aparıldı (YENİLƏNDİ)

Elnarə Abdullayeva polisə etiraz etdi, bölməyə aparıldı (YENİLƏNDİ)
2586baxış

Daxili İşlər Nazirliyinin mətbuat xidməti müğənni Elnarə Abdullayevanın karantin qaydasını pozması barədə məlumatı təsdiqləyib.

Nazirlikdən Axar.az-a bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən müğənniyə protokol tətbiq edilib.

Həmçinin DİN Elnarə Abdullayevanın Polis Bölməsində saxlanılması ilə bağlı xəbəri təkzib edib.

xxx

15:09

Əməkdar artist, muğam ustası Elnarə Abdullayeva karantin qaydalarını pozduğuna görə post-patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə Bakı-Şamaxı yolundakı Pirəkəşkül postunda baş verib.

Belə ki, Əməkdar artist Şamaxıya getmək istəyərkən, sözügedən postda polis əməkdaşları tərəfindən saxlanılıb. Ona postu keçməyə icazəsi olmadığı bildirilsə də, xanım müğənni etiraz etməyə başlayıb.

Bundan sonra o, karantin qaydalarına əməl etməməsi səbəbindən polis bölməsinə aparılıb.