\
28 Fevral 2021 - Bazar günü

Başında Azərbaycan xəritəsinin döyməsi olan "O səs Türkiyə" iştirakçısı - Eksklüziv - FOTOLAR

Başında Azərbaycan xəritəsinin döyməsi olan "O səs Türkiyə" iştirakçısı - Eksklüziv - FOTOLAR
1749baxış

Bildiyimiz kimi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərkibində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə bir qrup azərbaycanlı jurnalistlər Türkiyədə səfərdədirlər.İstanbulun məşhur Qalata səmtində gəzintidə olan jurnalistlərin qarşısına təsadüfən xarici görkəmcə çox fərqli bir gənc çıxıb. 

Mediapress.az-ın məlumatına görə, gəncin baş nahiyəsindəki Azərbaycan xəritəsi diqqət çəkdiyindən jurnalistlər onu sorğu-suala tutublar.

Söhbət əsnasında məlum olub ki, bu istedadlı və maraqlı gəncin adı Rövşəndir, özü də azərbaycanlıdır.

"İstanbula oxumağa gəlmişdim, artıq 6 ildir ki, burada yaşayıram. Çoxlu dostlarım var. Azərbaycan dedikdə Türkiyə, Türkiyə dedikdə isə Azərbaycan anlayıram. Türkiyə də mənim ikinci vətənimdir", - deyən Rövşənin məşhur  "O səs Türkiyə" musiqi yarışmasının iştirakçısı olduğu da bəlli oldu. 

Jurnalistlərlə danışığında, "birinci etapdan uğurla keçmişəm. İkinci etapda "O qız" mahnımı ifa edəcəyəm", - deyə açıqlama verən Rövşənə uğurlar arzulanıldı.  

#GoTürkiye

#OnlyInTürkiye

#ReTurkey

#SafeTourism

#ReadyAndSafeTürkiye

#SafeTourismTürkiye