\
28 Mart 2024 - Cümə axşamı

Nura Surinin oğlu qəzaya düşdü - Fotolar + Video

Nura Surinin oğlu qəzaya düşdü - Fotolar + Video
1467baxış

Müğənni Nura Surinin oğlu Xosrov qəzaya düşüb.

Mediapress.az Qafqazinfoya istinadən bildirir ki, hadisə bir neçə gün əvvəl ABŞ-ın Kaliforniya ştatının Beykersfild şəhərində baş verib.

O, San-Fransiskodan Los-Ancelesə gələrkən qəza törədib. Belə ki, dostunun avtomobilinin sükanı arxasında əyləşən 25 yaşlı Xosrov idarəetməni itirib, nəticədə maşın beş dəfə dövrə vurub. Qəza zamanı onun ağciyəri zədələnib, beyin travması alıb. Həkimlərin səyi nəticəsində sənətçinin oğlunun həyatını xilas etmək mümkün olub. 

 

N. Suri məlumatı “Qafqazinfo”ya təsdiqləyib. İfaçı övladının möcüzəvi şəkildə həyatda qaldığını bildirib: “Bir ay dincəlməlidir. Şükürlər olsun, həkimlər vaxtında müdaxilə edib. Allah onu qoruyub. Hazırda vəziyyəti yaxşıdır”.

Qeyd edək ki, Xosrov uzun illərdir ABŞ-da yaşayır. O, “Amazon” şirkəti ilə əməkdaşlıq edib. Hazırda peşəkar kikboksinqlə məşğuldur, eyni zamanda “Delivery guys” şirkətinin rəhbəridir.