\
20 Aprel 2024 - Şənbə

Faiq Ağayev 12-ci imam Mehdinin “zühir” etməsinə münasibət bildirib - Adam “moşennik”dir...

Faiq Ağayev 12-ci imam Mehdinin “zühir” etməsinə münasibət bildirib - Adam “moşennik”dir...
1186baxış

Xalq artisti Faiq Ağayev də 12-ci imam Mehdinin “zühir” etməsinə münasibət bildirib.

O, “Facebook” hesabından paylaşım edərək özünü imam Mehdi kimi qələmə verən şəxsə aldanan insanları avam və savadsız adlandırıb.

“O yalançı “imam Mehdi”ni qoyun bir kənara.

Adam “moşennik”dir, adı üstündə.

Bəs ona inanan, sonuncu qəpiyindən belə keçən cahil, avam, geridəqalmış, savadsız kütlə?

Onları da, sevdiyiniz “zarafatda”kı kimi, Pakistandan göndəriblər bura?

“Cinçıxarma”, “ərqaytarma”, “bəxtaçma” elanlarından can qurtarmaq olmur internetdə.

“Bolt”un reklamına meydan oxuyur o elanlar.

Hələ də Əfqanıstanın orta əsrlərdə qalmasına “heyrətlənirsiz”?..” – deyə Faiq Ağayev qeyd edib.

Günel Ayxan