\
29 Mart 2024 - Cümə

Çoxdan gözlənilən idman draması "Kral Riçard" - "CinemaPlus"-da

Çoxdan gözlənilən idman draması "Kral Riçard" - "CinemaPlus"-da
1565baxış

CinemaPlus-da çoxdan gözlənilən idman draması "Kral Riçard"

“CinemaPlus” kinoteatrlar şəbəkəsi noyabrın 18-dən “Kral Riçard” idman dramının nümayişinə başlayacaq. Süjet real hadisələr üzərində qurulub.

Filmin süjeti peşəkar tennisçilər Vinus və Serena Uilyamsın atası Riçard Uilyamsın tərcümeyi-halı üzərində qurulub.

Mediapress.az xəbər verir ki, filmin büdcəsi 100 milyon dollar təşkil edir.

Rejissor Reinaldo Marcus Grin. Baş rolda iki dəfə Oskar mükafatına namizəd olan Uill Smit çəkilib. Tennis bacılarını Saniya Sidni və Demi Sinqlton ifa edirlər. Filmdə həmçinin Onjanyu Ellis, Con Berntal, Toni Qolduin və başqaları çəkilib. Müddəti 140 dəqiqə. Yaş həddi 12+

Film haqqında qısa məlumat: Riçard Uilyams, tennisçilər Serena və Vinus Uilyamsların atasıdır. Özü də demək olar ki, heç vaxt tennis oynamırdı və peşəkar tennisçilərin hazırlığı haqqında çox az şey bilirdi. O, bütün qızlarını öyrətməyi planlaşdırdı, ancaq Serena və Vinus əsl istedad göstərdilər.

Filmə baxmaq hər kəs üçün faydalı olacaq və hekayənin özü həm fərdi, həm də ailəvi baxış üçün nümunə sayıla bilər.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır