\
29 Mart 2024 - Cümə

Gəlini Mətanət İsgəndərlidən üzr istədi

Gəlini Mətanət İsgəndərlidən üzr istədi
1494baxış

"Müqəddəs Ramazan bayramı günü Mətanət xanımın evinə getdim və böyüyüm olaraq ondan olanlarla bağlı üzr istədim. Çünki yaşanan hadisələrə görə balalarımı get-gedə tamamilə itirə bilərdim. Bir böyük olaraq Mətanət xanım və uşaqlarımın atası Kərimin xeyir-duası olmasa, övladlarım məndən uzaqlaşırdı. Həqiqətən də bir nənə olaraq uşaqlarımın əziyyət çəkməyinə göz yuma bilmədi və bizim yenidən tam bir ailə olmasaq da, biri-birimizə dəstək olub, uşaqları böyüdüb, başa çatdırmağımıza xeyir-dua verdi".

Mediapress.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana sosial şəbəkədə yazıb. O, sənətçidən üzr istədiyini və artıq məhkəməyə ehtiyac qalmadığını bildirib:

"Mətanət xanıma can sağlığı arzulayıram. O, bu addımıyla körpələrimi sevindirdi, mənə dünyaları bəxş etdi. Müqəddəs Ramazan bayramı həqiqətən də səbr edənlərin duasını yerinə yetirir. Bir onu deyə bilərəm ki, çox xoşbəxtəm. Artıq məhkəməyə ehtiyacımız yoxdur. Məhkəmələrlə yalnız uduzursan. Ağıllı insanlar problemləri öz aralarında həll etsələr, nə pulları gedər, nə əsəbləri, nə də zamanları. Bir də ortalıqda söz daşıyıb, araya söz-söhbət salan insanların Allah cəzasını versin".