\
25 Aprel 2024 - Cümə axşamı

Rəqsanə qızının toyuna niyə gəlməyib? – VİDEO

Rəqsanə qızının toyuna niyə gəlməyib? – VİDEO
1662baxış

Müğənni Rəqsanə İsmayılova ötən axşam ifaçı qızı Aysunun toyuna gəlməməsinin səbəblərini açıqlayıb.  

Bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat paylaşıb.  

“Hər bir valideynin arzusudur ki, balası xoşbəxt olsun. Qismət elə gətirdi ki, səhhətimdə yaranan problemlərə görə qızımın toyunda iştirak edə bilmədim. Hələ də qızdırmam var. Bu gün yenidən həkimə gəldik. Müayinə olunuram.  

Onsuz da Aysunumun nişanı toy kimi oldu. İnşallah yaxşı olaram. İyulun 25-də Bakıda oğlumun məclisində yenidən dostlarla bir araya gələcəyik. Allah qismət etsə. Qızımın bu xoş günündə onu tək qoymayan bütün dostlarıma, tanışlarıma sonsuz təşəkkür edirəm. Allah bütün balaları xoşbəxt etsin, bizimkiləri də içində. Qızımın arzusu fərqli toy etmək idi, şükürlər olsun ki, bu toy da baş tutdu”, – deyə R.İsmayılova qızının toy görüntülərini yayımlayaraq, fikirlərini ifadə edib.

Qeyd edək ki, R.İsmayılovanın qızı Aysun yanvarın 26-sı Moskvada Eşqin Cəlilovla nişanlanıb.

Cütlük Bakının mərkəzində lüks yaşayış komplekslərin birində yeni mənzil alıb. Aysunun ifaçılıqla yanaşı, şəxsi biznesi var. O, bir neçə həftə əvvəl butik-atelyesinin açılışını edib.

Rəşad Əliyev, Bizim.Media