\
20 Aprel 2024 - Şənbə

Dünyaşöhrətli reper dünyasını dəyişdi - VİDEO

Dünyaşöhrətli reper dünyasını dəyişdi - VİDEO
1697baxış

Məşhur amerikalı reper Artis Leon Ayvi (Coolio) 59 yaşında vəfat edib.

Bu barədə “Qafqazinfo” TMZ portalına istinadən xəbər verir.

Məlumata görə, reper sentyabrın 28-də Los-Ancelesdə dünyasını dəyişib.

Təcili tibbi yardım briqadasının fikrincə, ulduzun ölümünə səbəb ürəyin dayanması olub.

Qeyd edək ki, Coolio yaradıcılığına 80-ci illərin sonlarında başlayıb. O, “Gangsta's Paradise” treki sayəsində dünya şöhrəti qazanıb.