\
8 May 2024 - Çərşənbə

Namiq Qaraçuxurlu "İmtahanı"nı verdi - Video

Namiq Qaraçuxurlu "İmtahanı"nı verdi - Video
1450baxış
Meyxanaçı Namiq Qaraçuxurlu yeni mahnısını təqdib edib. 
 
Mediapress.az xəbər verir ki, sözləri N. Qaraçuxurluya, musiqisi isə Mansur Qinyaza aid bəstə "İmtahan” adlanır. 
 
Mahnıda tar, kamança milli musiqi alətlərindən istifadə olunub. 
 
"İmtahan” ötən gündən etibarən meyxanaçının rəsmi musiqi platformalarında paylaşılıb. 
 
Qeyd edək ki, sənətçi gələn ay Gəncə, Naxçıvan və Lənkəranda solo konsert verəcək.