\
29 Mart 2024 - Cümə

Murat Dalkılıç və Melis Sezen Bakya gələcək

Murat Dalkılıç və Melis Sezen Bakya gələcək
1026baxış

Mediapress.az xəbər verir ki, mövsümü Milli filmlərin qala-gecələri ilə açan Nizami Kino Mərkəzi, noyabrın 7-də Af Media şirkəti ilə birgə kinosevərləri “Dünya hali” romantik komediya filminin Qala gecəsiylə sevindirəcək.

Filmin baş qəhrəmanları, türk ulduzları Murat Dalkılıç və Melis Sezen Qala gecəsində iştirak etmək üçün Bakıya gələcəklər.

Rejissor Ömer Canın çəkdiyi “Dünya Hali” filmi aşiq olma qorxusu olan Serdarın və onun xoşlandığı gənc qadın Gizemin eşqə döğru gedən yollarından bəhs edir.

Filmi izlədikdən sonra qonaqlar media üçün mətbuat konfransı keçirəcəklər.

Hörmətli kinosevərlər, qala –gecəsi haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook və instaqram səhifəsindən öyrənə bilərsiniz. (https://www.facebook.com/NizamiCinema?rf=hl