\
18 Aprel 2024 - Cümə axşamı

Mina “O səs Türkiyə"dəki ifası ilə münsifləri heyran etdi - VİDEO

Mina “O səs Türkiyə"dəki ifası ilə münsifləri heyran etdi - VİDEO
1964baxış
Azərbaycanda "Dur oppan”, "Hər şey istəyirəm” kimi mahnılarla populyarlaşan, daha sonra gündəmdən uzaq düşən Mina Hüseyn "O səs Türkiyə” yarışmasına qatılıb. 
 
Mediaipress.az qafqazinfo-ya istinadən xəbər verir ki, gənc ifaçı məşhur müsabiqənin bu həftəki buraxılışında çıxış edəcək. Hətta "O səs”in anonsu Minanın ifası üzərində qurulub.  Videodan görünür ki, bütün münsif üzvləri həmyerlimizin ifasına heyran olub. O, səhnədə Türkiyənin məşhur türküsü "Nayino”nu səsləndirib. 
 
Yarışma ilə bağlı "Qafqazinfo”ya təəsüratlarını bölüşən Mina "O səs”ə Acun Medya tərəfindən dəvət olunduğunu bildirib:
 
"Təəssüratım superdir. Hələ məni bu qədər tərifləməmişdilər. İfama heyran qaldılar. Mənə dedilər ki, bu kimdir, Qaradəniz qızıdır? Sonra söylədim ki, Azərbaycandan qatılmışam. Zalda alqışlar kəsilmirdi. Seda Sayan məni Bakıda görüb, səsimi dinləyib və bəyənib. Köməkçiləri məni Acun Ilıcalıya təklif edib, o da deyib ki, mütləq gəlsin. Yəni, hamı seçim üçün 3 tur keçib, mən isə birbaşa səhnəyə çıxdım”.