\
28 Mart 2024 - Cümə axşamı

"Spice Girls" qrupu silsilə konsertlər verməyi planlaşdırır

"Spice Girls" qrupu silsilə konsertlər verməyi planlaşdırır
1734baxış

İngiltərənin "Spice Girls" pop qrupu birləşdiyini və konsert fəaliyyətini bərpa etdiyini elan edib.

“Report” TASS-a istinadən xəbər verir ki, qrup bu barədə elanı bazar günü öz "Twitter" səhifəsində paylaşıb.

"Biz tura çıxırıq! "Spice"nin [Girls] dünya turnesini xəbər verməkdən son dərəcə şadıq. Qrupun konsertlərinə biletlər bu şənbə [10 noyabr] yerli vaxtla 10:30-da satışa çıxarılacaq", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, turun startı 1 iyun 2019-cu ilə planlaşdırılıb. Qrup London, Mançester, Koventri, Sanderlend, Bristol kimi şəhərlərdə, həmçinin Şotlandiyanın paytaxtı Edinburqda konsertlər verməyi planlaşdırır.

Mediapress.az