\
26 Aprel 2024 - Cümə

"Popumuz var" verilişinin qonağı olan Rəhim aparıcıları qınadı - "

"Popumuz var" verilişinin qonağı olan Rəhim aparıcıları qınadı - "
1744baxış

Müğənni Rəhim Rəhimli teleaparıcıları tənqid edib.

Musavat.com xəbər verir ki, “Popumuz var” verilişinin qonağı olan ifaçı bildirib ki, efirlərdə tərbiyəsizlik nümayiş edildiyi üçün verilişlərə çıxmır: "Aparıcılar özlərini mədəniyyətsiz, tərbiyəsiz aparır. Sənətçi ilə davranışı və göstərilən münasibəti gördüm. Əvvəl abartılmış halda deyildi. 6-5 ildir verilişlərə getmirəm. Çünki səhnə o deyil. Rəqqaslarımla gedirəm efirə, şərait yoxdur ki, şou göstərim. Öz cibimdən pul qoyum işıq gətirim? Tamaşaçılar şou görsün deyə pul xərcləyirəm". 

"MTV Azərbaycan"ın rəhbəri olan Rəhim vəzifəyə getdikdən sonra bir çoxlarının ona münasibətinin dəyişdiyini etiraf edib: "Vəzifəyə gedəndən sonra bəzi sənətçilər mənə "müəllim" deyir. Qayıdıb cavab verirəm ki, deməyin. Mənə birtəhər gəlir bu sözlər. Özümdən böyüklər mənə “müəllim” deyəndə əsəbləşirəm".