\
26 Aprel 2024 - Cümə

Zülfiyyə xərçəngə qalib gəldi

Zülfiyyə xərçəngə qalib gəldi
1679baxış
"9 aylıq müharibənin sonu və mən qalibəm”.
Mediapress.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xərçəng xəstəliyi ilə mübarizə aparan tanınmış vəkil və aparıcı Zülfiyyə Bayramova deyib. O, amansız xəstəliyə qalib gəldiyini vurğulayıb:
 
"Allaha min şükür! Sən çox böyüksən ya Rəbbim! 9 aylıq müharibənin sonu və mən qalibəm! Dua yazan əllərinizdən öpürüm, qarşınızda baş əyirəm. Hələ ki, sevincimdən söz tapa bilmirəm. Sizi sevirəm".
 
Qeyd edək ki, Zülfiyyə aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşıdır. O, uzun müddətdir mədə xərçəngindən əziyyət çəkirdi.