\
29 Mart 2024 - Cümə

Nazpəri-Elza qalmaqalı böyüdü - “Bilirəm, səni hansı məmur saxlayır”

Nazpəri-Elza qalmaqalı böyüdü - “Bilirəm, səni hansı məmur saxlayır”
1803baxış
Əməkdar artist Elza Seyidcahanla xalq artisti Nazpəri Dostəliyeva arasında yaranmış qalmaqala tanınmış jurnalist Sara Safura da qatılıb.
 
 
Mediapress.az bildirir ki, yenicag.az-a açıqlama verən jurnalist Seyidcahanın müdafiəsinə qalxaraq, Nazpəri Dostəliyevanı susdurub.
 
Şou-biznesdəki xanım müğənnilərin 90 faizinin məşuqəsi olduğunu iddia edən Sara Safura xalq artistinə səslənib.
 
Qeyd edək ki, Nazpəri Dostəliyeva ilə Elza Seyidcahan arasında qalmaqalın təməli "Azərbaycanın Səsi" mahnı yarışmasında qoyulub. Mübahisənin səbəbi N.Dostəliyevanın yarışmada əməkdar artistin tələbələrinin adını çəkməməsi olub.
 
Elzanın "Nazpəri xanım, hər kəsin tələbələrinin adlarını sadaladı, ancaq mənimkini yox. Mənim birinci tələbəm Nazpəri xanım olub. Təzə səhnəyə gələndə mənim "Qadasını aldığım" və "Ömrümdən getmə" mahnılarımı oxuyub. Tələbələrim göz qarşısındadır. Sizdən gözləməzdim, üstünüzdə əziyyətim olub" sözlərinə N.Dostəliyeva qəhqəhə çəkərək reaksiya verib. Daha sonra verilişi tərk edərək, "Mən yarışmanı tərk edirəm, bazar adamları ilə otura bilmərəm" deyib və bununla da həmkarını təhqir edib.