\
16 Aprel 2024 - Çərşənbə axşamı

Ruhi Sibel Canın qonağı oldu

Ruhi Sibel Canın qonağı oldu
1717baxış

Türkiyənin əfsanəvi müğənnisi Sibel Can ilə iş qadını Ruhi Əliyeva bir araya gəlib.

Musavat.com xəbər verir ki, Sibel Canın evində görüşən ikili türkiyəli məşhurun bakı konsertinin detallarını danışıb. 

Bu barədə Ruhi Əliyeva sosial şəbəkədə məlumat verib: “Bu günlərdə növbəti konsert danışıqları üçün İstanbula səfər etdim. Türkiyənin Azərbaycanda illərdir ki, tanınan, sevilən müğənnisi Sibel Can eşidən kimi məni evinə dəvət etdi. Görüşümüz çox səmimi keçdi. Konsert üçün onu seçməyimizdən çox məmnun olub. Azərbaycana və azərbaycanlılara sevgisindən ağızdolusu danışdı. Konsertlə bağlı razılığa gəldik. Martın 8-i Bakıda möhtəşəm konsert proqramı baş tutacaq”. 

Qeyd edək ki, Sibel Canın konserti Ruhi Əliyevanın holdinginin türk müğənnilərindən ibarət sayca ikinci təşkil etdiyi konsert olacaq. 29 dekabr tarixində tanınmış türk müğənnisi Sılanın da paytaxtda, Bakı Konqres Mərkəzində konsert proqramı baş tutacaq.

Mediapress.az.