\
26 Aprel 2024 - Cümə

Rəşad Dağlı: "Ay "savadlı" jurnalist: barı təzə xəbər yükləyin" - Meyxanaçı yayılan görüntü haqda münasibətini bildirdi - EKSKLÜZİV- YENİLƏNDİ - VİDEO

Rəşad Dağlı: "Ay "savadlı" jurnalist: barı təzə xəbər yükləyin" - Meyxanaçı yayılan görüntü haqda münasibətini bildirdi - EKSKLÜZİV- YENİLƏNDİ - VİDEO
1556baxış

Bu gün bir neçə saytda "Məşhur azərbaycanlı meyxanaçıların şok videosu yayıldı. Meyxana məclisində olan məşhurların halı izləyənlərin təəccübünə səbəb olub" başlıqlı məqalə dərc edilib. Hansı ki, bir neçə məşhur müğənnilər bir neçə il əvvəl restoranda yeyib-içib, əyləniblər. Həmçinin meyxana deyərək, öz aralarında zarafatlar ediblər. Bunu "şok" adlandıran bəzi saytlara videogörüntüdə yer alan meyxanaçılardan biri Rəşad Daglı cavab verib. 

""Mediapress.az" saytı vasitəsilə bildirmək istəyirəm ki, əvvəla, başqalarının videogörüntüsünü icazəsiz yayan şəxslər qanun qarşısında cavab verməlidirlər. İkincisi, bunu yaymamışdan əvvəl, ay "savadlı" jurnalist, əks tərəfin fikrini də öyrənməlisən.

Üçüncüsü, video bir neçə il bundan əvvəl İlkin Mingəçevirlinin məclisində çəkilib. Dostlarımız yığılmışdıq bir yerə. Burda nə var ki? Heç dostlarınızla oturub yeyib-içməmisiniz? Şok görüntüdür bu? Youtube-dan video yükləyəndə baxın görün köhnədir, ya təzə?! Barı yeniliklərə üz tutun. Bu da sizin daha bir səriştəsizliyiniz... 

 Könül Aypara