\
26 Aprel 2024 - Cümə

Məhəbbət Kazımovun oğlu: "Bu gündən atamın mahnılarını oxumağı qadağa qoyuram!"

Məhəbbət Kazımovun oğlu: "Bu gündən atamın mahnılarını oxumağı qadağa qoyuram!"
1934baxış
Mərhum sənətkar Məhəbbət Kazımovun oğlu Rəşid Kazımovatasının mahnılarını ifa etməyi digər müğənnilərə qadağa qoyub.
 
Bunu M.Kazımovun 24 yaşlı oğlu "Olduğu kimi" proqramında bildirib.
Rəşid atasının 4 il qabaq dünyasını dəyişməsindən sonra çox dostlarının "dəyişdiyini", çox sənət yoldaşları tərəfindən unudulduqlarını qeyd edib:
 
"Atam övladları kimi baxırdı hər bir mahnısına. Amma bugünkü gün o mahnıları oxuyurlar və hörmətə mindirmirlər, özlərini hörmətdən salırlar. Məhəbbət Kazımovun tək oğluyam və yeganə varisiyəm. Demək istəyirəm ki, bu gündən Məhəbbət Kazımovun mahnılarını oxumağı qadağa qoyuram!" (milli.az)