\
26 Aprel 2024 - Cümə

Nizami Kino Mərkəzində ilin sonuncu Qala Gecəsi - "Əfsanə qayıdır" filminin nümayişi keçirildi - VİDEO

Nizami Kino Mərkəzində ilin sonuncu Qala Gecəsi - "Əfsanə qayıdır" filminin nümayişi keçirildi - VİDEO
1846baxış
Medapress.az xəbər verirki, dünən - 27 dekabr Azərbaycan film arenasında sonuncu Qala Gecə keçirildi. Belə ki, Nizami Kino Mərkəzində rejissor Emil Abdullayevin ərsəyə gətirdiyi "Əfsanə qayıdır" adlı komediya janrlı filminin nümayişi baş tutdu.
Baş rola çəkilən Əfsanəni əməkdar artist Dilarə Əliyeva canlandırırdı. Tərəf müqabili isə həmişə ciddi, amma xəyanətkar rollarda gördüyümüz Elxan Yunis idi. Qeyd edək i, E.Yunis komedik rolunun öhdəsindən də məharətlə gəlməyi bacarmışdı.
Xatırladaq ki, "Əfsanə qayıdır" filminin bütün post prodakşn işləri (səs, rəng, qrafika və musiqiləri) Türkiyənin öndə gələn şirkətlərindən biri olan "Fono Film"də olunur.
Rollarda həmçinin Fərda Xudaverdiyev, Nicat Rəhimov ("Şirin" ləqəbli) və digərləri çəkiliblər.
Gecədə qonaq qismində iştirak edənlər arasında xalq artisti Afaq Bəşirqızı, Manaf Ağayev, "Bozbaş Pictures" komandası, Cavidan Novruz, Ayaz Qasımov, tanınmış vaynerlər, İslam Mehrəliyev, Afaq Gəncəli, Hacı Nuran, jurnalistlər, teleaparıcılar var idi.
 
Hazırladı: Könül AYPARA