\
29 Mart 2024 - Cümə

Məşhur Britaniya şousu Azərbaycanda çəkilib

Məşhur Britaniya şousu Azərbaycanda çəkilib
1750baxış

Amazon Prime - The Grand Tour" serialının növbəti mövsümü Azərbaycanda çəkilib.

Bu barədə "Report" "The Sunday Times"a istinadən xəbər verir.

Britaniyalı teleaparıcı Ceremi Klarkson məşhur "Top Gear" avtoşousundan olan həmkarları Riçard Hammond və Ceyms Mey ilə birlikdə "The Grand Tour"un yeni mövsümünün çəkilişləri çərçivəsində bir sıra ölkələrə, o cümlədən Azərbaycana səfər ediblər.

"The Grand Tour"un yeni mövsümünü çəkmək üçün Çin, İsveç, Arizona, Fransa, Donkaster, Finlandiya, Detroyt, Monqolustan, İspaniya, Azərbaycan, Kolumbiya, Gürcüstan, Doha və Şotlandiyada olduq", - D.Klarkson deyib.

Mövsümün premyerası yanvarın 18-nə təyin olunub.

Daha əvvəl "The Grand Tour" çərçivəsində Azərbaycanın beş şəhərində yeni avtomobil markalarının test yürüşünün keçiriləcəyi bildirilirdi.