\
26 Aprel 2024 - Cümə

Prokuror müğənni T.Vəlizadəyə 9,5 il cəza istədi - Bakı Ağır Cinayətlər Məhkəməsində

Prokuror müğənni T.Vəlizadəyə 9,5 il cəza istədi - Bakı Ağır Cinayətlər Məhkəməsində
1738baxış

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Vəlizadə prodakşın”ın rəhbəri Tural Vəlizadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Mediapress.az xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı çıxışında T.Vəlizadənin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin növbəti iclası fevralın 5-nə təyin edilib.

Qeyd edək ki, “Velizadə prodakşın”ın rəhbəri T.Vəlizadə dörd nəfərə qarşı dələduzluq etməkdə ittiham olunur. Belə ki, o, azərbaycanlı iş adamlarına Türkiyənin tanınmış müğənniləri - Sıla və Ebru Gündeşi Bakıya gətirib, konsert verditdirəcəyi vədini verib. T.Vəlizadə ümumilikdə həmin şəxslərdən 200 min dollar pul alıb. Lakin sonradan vədinə əməl etməyib. Zərərçəkmişlərin şikayətləri əsasında saxlanılan T.Vəlizadənin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib. O, ittiham üzrə özünü təqsirli bilmədiyini və iş adamlarından pulu borc aldığını söyləyib.

Xatırladaq ki, T.Vəlizadə “Vəlizadə prodakşn”ın rəhbəri olmaqla yanaşı, müğənnilik də edirdi.