\
24 Aprel 2024 - Çərşənbə

Dünyanın ən varlı adamını çılpaq fotoları ilə hədələdilər

Dünyanın ən varlı adamını çılpaq fotoları ilə hədələdilər
1841baxış
Amazon şirkətinin qurucusu və dünyanın ən varlı adamı Ceff Bezos "National Enquirer" qəzetinin onu çılpaq fotoları ilə hədələdiyini iddia edib.
 
Xarici KİV-ə istinadən xəbər verir ki, o, mail envanına göndərilən məktubları yayımlayaraq, "bu zorakılığa mən tab gətirə bilmirəmsə, nə qədər adam gətirə bilər?" deyə yazıb. Milyarderin bu paylaşımı ABŞ-da böyük səs-küyə səbəb olub.
 
Qeyd edək ki, milyarderin arvadından ayrılmağına səbəb olan görüntülərini də ABŞ prezidenti Donald Trampın yaxın dostu olan Devid Pekerin rəhbəri olduğu National Enquirer dərgisi yayımlamışdı.
 
 
Bezos ona göndərilən şəkillərə də aydınlıq gətirib. Dərginin redaktoru Dilan Hovard tərəfindən göndərilən elektron məktubda Bezosun əlində telefon tutarkən çəkilmiş yarıçılpaq fotoları olub. O, bu hədə-qorxulara boyun əyməyəcəyini və sona qədər mübarizə aparacağını bildirib.