\
28 Mart 2024 - Cümə axşamı

Samir Dilarəni qucaqlayıb “Sev məni” dedi

Samir Dilarəni qucaqlayıb “Sev məni” dedi
1899baxış

Məşhur müğənni Samir Cavadzadə “Sev məni” adlı mahnısına çəkilmiş klipinin təqdimat mərasimini keçirib.

Mediapress.az xəbər verir ki, Samirin ifa etdiyi bəstənin müəllifi Erkindir, sözləri isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir çox hit mahnıların müəllifi Cəlal Qurbanova məxsusdur. 

Gənc rejissor Eko Ağalarovun lentə aldığı klipdə baş rolu cazibədar müğənni Dilarə Kazımova canlandırıb. Ekran əsərində tərəf müqabili olan Samirlə Dilarənin sevgi hisslərindən, həyat hekayəsindən bəhs olunur. Hər iki məşhur yeni işləri ilə insanları sevib-sevilməyə səsləyirlər.