\
24 Aprel 2024 - Çərşənbə

Aydın Xırdalanlı son mənzilə yola salınır (FOTOLAR) - FOTOLAR

Aydın Xırdalanlı son mənzilə yola salınır (FOTOLAR) - FOTOLAR
1833baxış
Xəbər verdiyimiz kimi, söz xiridarı, məşhur meyxanaçı Aydın Xırdalanlı uzun sürən ağır xəstəlikdən (qaraciyər serrozu) sonra ötən gün dünyasını dəyişib. 
 
Mərhum meyxanaçının nəşi Xırdalanda yerləşən Cümə məscidinə gətirilib.
 
A.Xırdalanlının yas mərasiminə qohumları, yaxın dostları, həmkarları Rəşad Dağlı, Mehman Əhmədli və digər söz ustadları qatılıb.
 
Mərhum meyxanaçının ailə üzvləri Aydının evində çəkiliş aparılmasına icazə verməyiblər.
 
Qeyd edək ki, söz ustası Aydın Quliyev Xırdalan qəbiristanlığında torpağa tapşırılacaq. (oxu.az)