\
23 Aprel 2024 - Çərşənbə axşamı

“Her’s” rok qrupunun üzvləri avtomobil qəzasında həlak olub

“Her’s” rok qrupunun üzvləri avtomobil qəzasında həlak olub
1650baxış

Liverpulun “Her’s” duetinin üzvləri Stiven Fitspatrik və Odan Ledinq, həmçinin qrupun tur-meneceri Trevor Enqelbrektson Kaliforniya ştatında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə “Heist or Hit” səsyazma şirkəti məlumat yayıb.

Musiqiçilər Amerika turuna çıxımışdılar. Qəzanın təfərrüatları barədə məlumat verilmir.

2018-ci ildə qrupun “Invitation to Her’s” debüt albomu işıq üzü görmüşdü. Britaniya KİV-ləri kollektivi ən perspektivli Avropa qrupları siyahısına daxil etmişdi.

Mediapress.az