\
25 Aprel 2024 - Cümə axşamı

Azərbaycan “Avroviziya”da bu tarixdə çıxış edəcək

Azərbaycan “Avroviziya”da bu tarixdə çıxış edəcək
1676baxış

İsrailin döyünən ürəyi Tel-Əviv şəhərində keçiriləcək sayca 64-cü "Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsində Azərbaycan iştirakçısının çıxış vaxtı müəyyən olunub.

Mayın 14-də start götürəcək mahnı yarışmasında Azərbaycan təmsilçisi ikinci yarımfinalda, yəni mayın 16-da, 18-ci nömrə altında çıxış edəcək.

Qeyd edək ki, ölkəmizi nüfuzlu müsabiqədə müğənni Çingiz Mustafayev "Truth” (Həqiqət) adlı bəstə ilə təmsil edəcək.

"Avroviziya-2019” mahnı müsabiqəsinin şüarı "Dare to Dream”dir ("Arzulamağa cürət et”). (modern)

Mediapress.az