\
27 Aprel 2024 - Şənbə

Çingiz Mustafayev “Eurovision”ın qapanışını edəcək – VİDEO

Çingiz Mustafayev “Eurovision”ın qapanışını edəcək – VİDEO
1860baxış

Bu ilin mayında Təl-Əvivdə keçiriləcək “Eurovision 2019” mahnı müsabiqəsində ölkələrin çıxış nömrələri bəlli olub.

Musavat.com xəbər verir ki, Azərbaycan ikinci yarımfinalda sonuncu çıxış edəcək. Çingiz Mustafayev “Truth” (“Həqiqət”) mahnısını səsləndirərək, öz şousunu təqdim edəcək.

Birinci yarı finalda Çernoqoriya, Finlandiya, Polşa, Sloveniya, Çexiya Respublikası, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estoniya, Portuqaliya, Yunanıstan, San Marino, ikinci yarımfinalda Ermənistan, İrlandiya, Moldova, İsveçrə, Latviya, Rumıniya, Danimarka, İsveç, Avstriya, Xorvatiya, Malta, Litva, Rusiya, Albaniya, Norveç, Hollandiya, Şimali Makedoniya, Azərbaycan təmsilçisi səhnəyə çıxacaq.

Qeyd edək ki, yarışmanın birinci yarımfinalı mayın 14-də, ikincisi həmin ayın 16-də, final mərhələsi isə mayın 18-da keçiriləcək.

Ümumilikdə builki müsabiqədə 41 ölkə təmsil olunacaq.

Mediapress.az