\
27 Aprel 2024 - Şənbə

2 gündən sonra Leyla Ramazanlının toyudur - "Soyadımı dəyişmək fikrim yoxdur" EKSKLÜZİV - FOTOLAR

2 gündən sonra Leyla Ramazanlının toyudur - "Soyadımı dəyişmək fikrim yoxdur" EKSKLÜZİV - FOTOLAR
1196baxış

Mediapress.az xəbər verir ki, iki gündən sonra - yəni aprelin 12-də müğənni Leyla Ramazanlının toyu olacaq. Toy şənliyi məşhur "JW Marriott"da keçiriləcək. Qeyd edək ki, Leyla xanım 7 ildir tanış olduğu və kliplərinin rejissoru Kamran Aydınovla ailə qurur.

"Soyadımı dəyişmək fikrim yoxdur, elə Leyla Ramazanlı olaraq qalacam. Ola bilər ki, soyadımın sonuna Kamranın da soyadını əlavə edəm. Hazırda başım qonaqlarıma qarışıb. Xoşbəxtlik üçün insanın bundan gözəl anı ola bilməz. Sevib sevilirəm. Hər bir qıza bu gözəl anı yaşamağı arzulayıram", - deyə açıqlama verən L.Ramazanlı toyuna Türkiyədən, Avropadan qonaqlar çağırıb. Məclisdə onun sənət dostlarından da dəvət edilənlər var. 

Günel Ayxan