\
26 Aprel 2024 - Cümə

Röya Elinanı ölüm ayağında sorğu-sual edənin kimliyini tapdı - "Səbail rayonu icra başçısının müavini Xalidə xanımın səsidir"

Röya Elinanı ölüm ayağında sorğu-sual edənin kimliyini tapdı - "Səbail rayonu icra başçısının müavini Xalidə xanımın səsidir"
1028baxış

Mediapress.az xəbər verir ki, əməkdar artist Röya Ayxan İnstaqram səhifəsində 162 saylı məktəbin intihar edən 8-ci sinif şagirdi Elina ilə bağlı paylaşım edib. O, Elinanı sorğu-sual edən şəxsin Səbail rayon İcra Hakimiyyəti (BŞİH) başçısının birinci müavini Xalidə Bayramova olduğunu bildirib:

“Əgər müğənnilik və eşitmə duyumuma güvənirəmsə, bu, çoxlarının tanıdığı Xalidə xanımın səsidir – Səbail rayonu icra başçısının müavinidir. Ay gözəl xanım, bu sualların yeri idi? Uşağı sürücünüzlə xəstəxanaya aparmaq əvəzinə, şəraiti soruşursunuz. Mən də belə böyüdüm. Beşinci sinifdə məktəb direktorunun ayaqabbısını geyinib, dərsə getdim. Çox şükür ona və o günə. Boşanan ailənin qızı idim. Çox şükürlər olsun ki, bu sualları yağdırana əyilmədim. Bəyənməsələr də, ayaqda qalıb, şəxsiyyət oldum. Amma hamı güclü deyil. Baxmayaraq ki, hərdən buna siz məcbur edirsiniz".

Günel Ayxan