\
20 Aprel 2024 - Şənbə

Tanınmış britaniyalı stendapçı səhnədə vəfat edib

Tanınmış britaniyalı stendapçı səhnədə vəfat edib
1629baxış

Britaniyanın tanınmış komik stendapçısı, 60 yaşlı Yan Koqnito səhnədə çıxışı zamanı dünyasını dəyişib.

Bu barədə "BBC” məlumat yayıb.

Koqnito səhnədə olduğu 10 dəqiqə ərzində deyib-gülüb, şən monoloqları ilə hamını əyləndirib.
"Təsəvvür edin, bu dəqiqə mənə bir zərbə dəyir və mən ayılanda Valliya dilində (Uels dili) danışıram”, - deyə stendapçı zarafatından da qalmayıb.

Bir neçə dəqiqə sonra isə Koqnitonun həqiqətən də halı pisləşib. Ancaq tamaşaçılar bunu da çıxışın bir hissəsi zənn ediblər.

Səhnə arxasında olanlar vəziyyətin ciddiliyini anlayaraq təcili tibbi yardım çağırıblar, lakin çox gec olub və komik aparıcı vəfat edib. Onun ölümünə ürək tutmasının səbəb olduğu bildirilib

Mediapress.az