\
26 Aprel 2024 - Cümə

Xalq artistindən obyekt açıqlaması: “Cavanşir Feyziyev əmim oğludur”

Xalq artistindən obyekt açıqlaması: “Cavanşir Feyziyev əmim oğludur”
1734baxış
Xalq artisti Gülyaz Məmmədova deputat Cavanşir Feyziyevinsabiq həmkarı Hüseyn Abdullayevdən aldığı obyektin onun adına sənədləşdirilməsinə münasibət bildirib. 
 
Mediapress.az xəbər verir ki, müğənni "Qafqazinfo”ya açıqlamasında xəbəri təsdiqləyərək hadisənin uzun illər əvvəl baş verdiyini bildirib. 
 
Xalq artisti qeyd edib ki, C. Feyziyev onun əmisi oğludur: "Sizdən bir ricam var, bu söhbəti çox qabartmayaq. İllər əvvəl olmuş bir söhbətdir. Hamı obyekt, əmlak ala bilər. Birincisi, mənim Hüseyn Abdullayevlə heç bir bağlılığım yoxdur. İkincisi də, Cavanşir Feyziyev əmim oğludur, qohumumdur. Bu məsələni böyütməyə dəyməz. Bir məlumatı yazırlar, başqası da uzadır, böyüdür. Lazım deyil, köhnə söhbətdir. Belə söhbətləri ağartmağa dəyməz”.