\
26 Aprel 2024 - Cümə

Stefani Şerk intihar edib

Stefani Şerk intihar edib
1958baxış
Kanadalı model və aktrisa Stefani Şerk intihar edib.
 
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı Demian Bişir məlumat yayıb: "Bu, bizim həyatımızın ən kədərli dövrüdür. Bu acını necə atlatacağımızı bilmirəm".
 
Məlumata görə, 37 yaşlı aktrisanı ailəsi bir neçə gün öncə huşsuz halda hovuzda tapıb. Həkimlər onun həyatını xilas edə bilməyib. 
 
Aktrisanın uzun müddətdir ki, depressiyadan əziyyət çəkdiyi deyilir.
 
Qeyd edək ki, Stefani Şerk "Körpü", "Telenovella" kimi məşhur seriallarda çəkilib.