\
27 Aprel 2024 - Şənbə

“Pokemon. Detektiv Pikaçu” nümayiş olundu - "Gənclik Mall"dakı "CinemaPlus"da - FOTOLAR

“Pokemon. Detektiv Pikaçu” nümayiş olundu - "Gənclik Mall"dakı "CinemaPlus"da - FOTOLAR
1884baxış
Mediapress.az xəbər verir ki, məşhur “Pokemon. Detektiv Pikaçu” animasiyalı film premyeradan 3 gün öncə “CinemaPlus”da nümayiş olunub.
Belə ki, 15 may “Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında premyeradan 3 gün öncə məşhur “Pokemon. Detektiv Pikaçu” animasiyalı filmin kinoadaptasiyası nümayiş olunub. Qonaqlar arasında uşaqlar çoxluq təşkil olunub. Tədbirdə balaca qonaqların üzünə Pikaçu obrazını çəkən rəssam da iştirak edib.
Rejissor Rob Lettermanın amerikan-yapon istehsallı və komediya-fantastik janrlı filmi Pokemon videooyunu əsasında çəkilib. Filmin süjetinin mərkəzində məşhur ekstra-səviyyəli özəl detektiv Qarri Qudmanın (Pol Kitson) oğlu 21 yaşlı Tim Qudmandır (Castin Smit). Atasını tapmaq qərarı verən Tim onun axtarışlarına başlayır və təsadüf nəticəsində öz keçmişindən heç bir şey xatırlamayan pokemon Pikaçu (Rayan Reynolds) ilə rastlaşır. Səylərini birləşdirən Tim və Pikaçu pokemonların insanlar ilə birgə yaşadığı Raym Sitinin küçələrinə yollanırlar.
Qeyd edək ki, tədbirin təşkilində Lunchef catering MMC və Ceylan MMC öz dəstəklərini göstəriblər.
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.