\
26 Aprel 2024 - Cümə

Müğənni AzTV-nin studiyasına “Jeep” ilə girdi

Müğənni AzTV-nin studiyasına “Jeep” ilə girdi
1723baxış

Bu gün AzTV-nin efirində gözlənilməz hadisə yaşanıb.

Musavat.com xəbər verir ki, müğənni Çingiz Mustafayev “Telesəhər” proqramında qonaq olub.

Aparıcıların təqdimatı ilə studiyaya dəvət olunan müğənni içəri narıncı rəngli  “Jeep” markalı avtomobili ilə daxil olub. İfaçı canlı efirə iti Leo ilə birgə qatılıb.

Həmin anlar tamaşaçıları təəccübləndirib və sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi şəbəkə istifadəçiləri həmin görüntülərin AzTV-yə yaraşmadığını bildiriblər.

Qeyd edək ki, Çingiz Mustafayev “Eurovision-2019” mahnı müsabiqəsində ölkəmizi təmsil edib. O, müsabiqədə 8-ci olub.