\
26 Aprel 2024 - Cümə

H.Əliyev prospektindəki yolun bağlanmasına səbəb Şəbnəmdir, yoxsa məmurun TM-i? - Xırdalandakı tıxac insanlarda qıcıq yaradıb EKSKLÜZİV FOTO

H.Əliyev prospektindəki yolun bağlanmasına səbəb Şəbnəmdir, yoxsa məmurun TM-i? - Xırdalandakı tıxac insanlarda qıcıq yaradıb EKSKLÜZİV FOTO
1731baxış

Mediapress.az xəbər verir ki, bu saatlarda Xırdalan qəsəbəsi H.Əliyev prospektindəki şəhərə tərəf çıxışın bağlanması sürücülərin, həmçinin sərnişinlərin əsəblərini əməlli-başlı tarıma çəkib. Buna səbəb hansısa məmura məxsus ticarət mərkəzinin açılışı olub. Daha doğrusu, açılışda iştirak edən müğənni Şəbnəm Tovuzlunun pərəstişkarlarının axını. Bu barədə məlumatı jurnalist, Manera.az saytının redaktoru Şəhla Aslan verib:

"Düz bir saatdır, Xırdalanda əsas yol sayılan H.Əliyev prospektindən şəhərə tərəf çıxış bağlıdır. Yox, Prezident gəlməyib, heç dövlət əhəmiyyətli tədbir də yoxdu (bu halda saatlarla da yolda qalsam dövlətim adına səbr edərəm). Məsələ budur ki, hansısa məmura məxsus bir ticarət mərkəzinin açılışıdır və açılışa Şəbnəm bilmirəm haralı gəlib. Millət dəyib bir-birinə! 

Xəstəsi olan, işə gedən hamımız qalmışıq bir ...... səbəbindən yolda. Xalqım adına təqdim olunan bu görməmiş varlıqlar görəsən, nə yeyib, nə içirlər?!"