\
22 Sentyabr 2019 - Bazar günü

“Annabelin lənəti 3” premyeradan 2 gün öncə “CinemaPlus”da - VİDEO - FOTOLAR

“Annabelin lənəti 3” premyeradan 2 gün öncə “CinemaPlus”da - VİDEO - FOTOLAR
1137baxış

Mediapress.az xəbər verir ki, "Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında rəsmi premyerasından 2 gün öncə Dolby Atmos formatında “Annabelin lənəti 3” filminin nümayişi keçirilmişdir. Bu bizim dünyaya axirət dünyasının pis qüvvələrini gətirən, lənətlənmiş kukla haqqında qorxu filminin yeni hissəsidir. Kinoteatrın xüsusi tutqun dekoru qonaqları qorxudub və eyni zamanda çox cəlb edirdi. Həmçinin kinoteatrda musiqi, furşet, alkoqollu və alkoqolsuz içkilər təşkil olunmuşdur. Qorxu filminin rejissoru Hari Dobermandır. Filmdə Vera Farmiqa, Makkenna Qreys, Patrik Uilson, Emili Brobst, Medison İsman və başqaları çəkilmişdir. Qısaca film haqqında: Annabeli gələcək dağıntılar və xaos yaratmaqdan saxlamaq üçün, demonoloq Ed və Lorreyn Uorrenlər şeytan kuklanı öz evində artefakt olan bağlı otağa gətirirlər. Burada onu keşişin xeyir-duası ilə “etibarlı” işıqlandırılmış şüşəyə salırlar. Lakin Annabel otağın zalım cinlərini oyadandan sonra ev sakinlərini zülmətli dəhşət gecəsi gözləyir. Cinlərin yeni hədəfi Uorrenlərin on yaşlı qızı Cudi və onun dostları olur. Tədbirin təşklində dəstək göstərmişdilər: Portal Games, “Taksim kebap” restoranı, Ganja Sharab, “Banketnaya” arağı, “ Kronenburq 1664 Blanc” pivəsi və Şeh Su. “CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.