\
22 Sentyabr 2019 - Bazar günü

“Park Cinema Metropark”da “Spiderman Parti”si: bir bilet almaq kifayətdir!

“Park Cinema Metropark”da “Spiderman Parti”si: bir bilet almaq kifayətdir!
1138baxış

“Marvel” öz fanatlarını sevindirməyə davam edir. Sabah, iyulun 4-də “Hörümçək-adam: evdən uzaq” filminin nümayişləri başlayacaq. Filmin rejissoru Con Uotts (“Hörümçək-adam: evə dönüş”, “Polis arabası”, “Kloun”), rolları isə Tom Holland (“Hörümçək-adam: evə dönüş”, “Qisasçılar: final”, “Qisasçılar: sonsuzluq savaşı”, “Dənizin ürəyində”), Semuel L. Cekson (“Kriminal qiraət”, “Öldürmək zamanı”, “Robokop”), Ceyk Cillenholl (“Birisigün”, “Everest”) və başqaları ifa edir. “Hörümçək-adam: evdən uzaq” filminə nümayişlər Çində artıq başlayıb. Keçmiş həftəsonunda Çin kinoteatrlarında 100 000 000 ABŞ dollarını yığan “Hörümçək-adam: evdən uzaq”, 160 000 000 dollarlıq büdcəsinin təxminən 2/3 hissəsinin qarşılığını aldı.

IMAX formatında Azərbaycan tamaşaçıları bu filmi yalnız “Park Cinema” kinoteatrlar şəbəkəsində baxa biləcək. Bununla yanaşı, Azərbaycanda ən texnoloji kinoteatrlar şəbəkəsi “Hörümçək-adam: evdən uzaq” filminin başlanmasına həsr olunmuş xüsusi bir “parti”də iştirak etməyə dəvət edir. “Spider-man gecəsi” iyulun 4-ü, saat 19:00-da “Park Cinema Metropark” kinoteatrında keçiriləcək. Təbdirdə iştirak etmək üçün “Hörümçək-adam: evdən uzaq” filminin “Dolby Atmos”da nümayiş olunacaq istənilən seansa bilet almaq kifayətdir. “Bir neçə vaxt bundan öncə biz “Qisasçılar: final” filminə həsr olunmuş bir “parti” keçirmişik, gecədə iştirak edən qonaqlarımız çox məmnun qaldı. Təbii ki, bu dəfə də qonaqlarımızı sürprizlər gözləyəcək”, - “Park Cinema”nın piar-meneceri Rüstəm Fətəliyev deyə bildirib.

Həmçinin, Fataliyevin sözlərinə görə, növbəti çərşənbə axşamı Park Cinema-a gələn hər kəs biletləri 50% endirimlə əldə edə biləcək: "Park Cinema”da film biletlərini aşağı qiymətlərlə əldə etməyə imkan verən bir neçə tarif var. Tələbə və ailə tarifləri ilə yanaşı, çərşənbə axşamı günü bizdə "Super Günlər" keçirilir. Bu isə o deməkdir ki, “Hörümçək-adam: evdən uzaq” fiminə IMAX formatında hər çərşənbə axşamı sadəcə 6,90 AZN-ə baxmaq olar.

Mediapress.az