\
18 Aprel 2024 - Cümə axşamı

Növbəti FENOMEN – Pərvin Səfərov (FOTOLAR / VİDEO)

Növbəti FENOMEN – Pərvin Səfərov (FOTOLAR / VİDEO)
1799baxış

Türkiyədə “O Ses Türkiye” yarışmasının iştirakçılarından biri, Azərbaycan və Türkiyə mediasında “Azərbaycanlı Çoban” olaraq tanınan müğənni Pərvin Səfərov “PHENOMENON AWARDS” layihəsinin iştirakçısı olaraq mükafatlandırılıb.

“Yeni Gundem” xəbər verir ki, “PHENOMENON AWARDS” layihəsinin məqsədi Azərbaycanda öz sahəsində uğurlu, faydalı, seçilən və tarix yazan şəxslərin mükafatlandırılaraq geniş ictimaiyyətə FENOMEN olaraq təqdim etməkdir.

Pərvin Səfərov öz işi və bacarığı ilə öz dünyasını yaradaraq cəmiyyətə uğurlu, faydalı, seçilən və tarix yazan olduğu üçün FENOMEN seçilib.

Pərvin Səfərov 1985–ci ildə Neftçala rayonunda Qaçaqkənd kəndində dünyaya gəlib. Kənddə böyüyüb, təsərrüfatla məşğul olub. Hərbi xidmətdən gələndən sonra yenə fərdi işlərlə-fəhləlik, yol işləri, təsərrüfatla məşğul olub.

Musiqi ilə özü üçün məşğul olan Pərvin Səfərov Acun Ilıcalı tərəfindən dəvət alaraq “O Ses Türkiye” yarışmasının səhnəsinə çıxıb. Yarışmada müxtəlif mərhələləri keçərək Türkiyə və Azərbaycan ictimaiyyətinin diqqətini öz üzərinə çəkib. Hazırda Azərbaycan Milli Konservatoriyasında təhsil alır.

Qeyd edək ki, mükafatçılar təşkilat komitəsi tərəfindən, həmçinin, müxtəlif müşahidələr, sosial sorğular və ictimai rəylər əsasında seçilirlər. Hər bir mükafatçı fərd olaraq mükafatlandırılır və ictimaiyyətə fərd olaraq təqdim olunurlar.

Mükafatın rəsmi simvolu dünyanı əlləri ilə saxlamış şəxsdir. Öz işi və bacarığı ilə öz dünyasını yaradan insan mənasını ifadə edir.

Diplom və mükafatın pasportu xüsusi dizaynda hazırlanaraq, rəsmi möhürlənərək təqdim olunur.

“PHENOMENON AWARDS” layihəsi haqqında ətraflı məlumat almaq istəyənlər @phenomenon_awards instagram səhifəsi ilə əlaqə saxlasınlar.

Mediapress.az