\
24 Aprel 2024 - Çərşənbə

"ParkCinema"da "Kral Şir"in nümayişi baş tutub - FOTOLAR

"ParkCinema"da "Kral Şir"in nümayişi baş tutub - FOTOLAR
1264baxış

25 il bundan əvvəl  “Kral Şir” cizgi filmi bütün dünyada milyonlarla pərəstişkarların ürək və ağlını fəth etmişdi.  Rocer Ellers və Roba Minkoffanın möhtəşəm rejissoruluğu, Elton Conun musiqisi, sadə və eyni zamanda ovsunlayan əhvalat “Kral Şir”ə 1994-cü ilin ən büdcəli filmi olmağa imkan verdi.

2016-cı ildə “Disney” elan etdi ki, “Kral Şir”in rimeykini çəkməyə hazırlaşır, rejissor isə Con Favro (“Dəmir adam”, “Dəmir adam 2”, “Cəngəlliklər kitabı”) olacaq. Ceyms Erl Cons 25 il bundan əvvəl olduğu kimi Mufasanı səsləndirdi. Aktyor heyəti  ulduz axını ilə heyrətləndirir: Donald Qlover, Set Roqen, Beyonse, Con Oliver, Çivetel Eciofor... Filmin dünya premyerası iyulun 9-da Hollivudda keçirilib, Azərbaycanda isə tamaşaçılar bu filmi ayın 18-dən etibarən görə biləcəklər. 

Belə ki, iyulun 18-də "ParkCinema" "Flame Towers" kinoteatrında “Kral Şir”in premyerasına həsr olunmuş xüsusi axşam təşkil olundu. Yüksək səviyyədə təşkil olunmuş gecəyə qatılanlar arasında tanınmışlar da var idi. 

"ParkCinema"nın mətbuat xidmətinin rəhbəri Rüstəm Fətəliyevin sözlərinə görə, artıq bu cür tədbirlərin keçirilməsi üzrə təcrübə formalaşıb:

- Biz çalışırıq ki, xüsusi nümayişlərimizi hər dəfə daha yaxşı edək və biz qonaqlarımızdan müsbət reaksiya aldığımıza görə şadıq. Bu yaxınlarda növbəti tədbirimizlə bağlı yeni bir məlumat verəcəyəm. 

Mediapress.az