\
25 Aprel 2024 - Cümə axşamı

"Jara 2019"a yekun vuruldu - FOTOLAR

"Jara 2019"a yekun vuruldu - FOTOLAR
1911baxış

Beynəlxalq "JARA" festivalı hər yay Bakıda - Xəzər dənizi sahilindəki "Sea Breeze" istirahət mərkəzində keçirilir. "JARA" 4 gün davam edən günəşin batışı unikal rənglərinə boyanmış möhtəşəm konsert, qırmızı xalıda ulduzların dəfiləsi, dörd gün unudulmaz gecə əyləncələri və film təqdimatları, on minlərlə tamaşaçı və milyonlarla televiziya tamaşaçısıdır. Xüsusi olaraq festival üçün dəniz sahilində inanılmaz video qurğuları ilə təchiz olunmuş heyranedici bir səhnə qurulur.

Festivalda əsasən Rusiya və digər ölkələrdən müğənnilər, musiqili mövsümün hedlaynerləri iştirak edirlər. Bir neçə saatlıq konsert proqramı orijinal xoreoqrafiya, işıq və video şouları, güclü səs və parlaq dekorasiyalar ilə müşayiət olunur.

Qeyd edək ki, bu ilki "Jara" ötənlərdən daha çox yadda qalan oldu. Bunu konsertdə iştirak edən ulduzlar da etiraf etdilər: Filip Kirkorov, Qriqoriy Leps, "Ruki vverx"  Alyona Apina, Mitya Fomin və Hi Fi, Layma Vaykuli, Brandon Ston, Nataşa Korolyova, Aleksandr Buynov, İrina Nelson, Aleksandr Malinin, Lyubov Uspenskaya, Dilarə Kazımova, MBAND, Anita Tsoy, Yuliya Kovalçuk, Stas Pyexa, İrina Dubsova, Aleksandr İvanov və "Rondo" qrupu və digər tanınmışlar Bakıda keçirilən bu musiqi festivalında iştirakdan məmnun qaldıqlarını bildirdilər. 

Xaırladaq ki, iyulun 25-dən start götürən “Jara-2019” Beynəlxalq Musiqi Festivalına yekun vurulub. 

Qırmızı xalıdan keçən Leyla Əliyeva festivalla bağlı təəssüratlarını bölüşüb:

“Əfsuslar olsun ki, bu gün festivalın son günüdür. Burada böyük sevgi, məhəbbət və bayram əhval-ruhiyyəsi var. Çox şadam ki, builki festival da böyük uğurla başa çatır. Bol musiqi, sevgi, əyləncə və isti münasibətlər – bütün bunlar insanları bir-birinə daha doğma edir. İnanıram ki, növbəti “Jara”da da bugünkü səmimiyyəti, hərarəti görə biləcəyik. Hər kəsə uğurlar arzulayıram”.

Gecədə məşhur estrada ulduzları və qruplar Emin, Timati, Nazima, TERNOVOY, Doni, Mişa Marvin, Klava Koka, Natan, Qriqori Leps, Ciqan, MOLLY, Loboda, HammAli i Navai, CYGO, Mari Kraymbreri, Rauf, Faiq, ZOMB, Nyuşa, Lyubov Uspenskaya, Rasa, Kosmos Girls, Elvin Qrey, Ellai, MOT, Aısel, Asammuell, Babək Məmmədrzayev, Samra, Fika, İsayya, Evqeniya Mayer, Velvet, Aleksandr Panayotov, Slava, Yuliya Kovalçuk, JONY, Elman, Andro, Gemini, Alessandra, Anna Sedokova, Timur Rodriqez, TEREZA və Serebro bir-birindən maraqlı mahnılarla çıxış ediblər.

Festival estrada ulduzlarının səhnəyə çıxaraq birgə ifası və atəşfəşanlıq ilə yekunlaşıb.

Qeyd edək ki, festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Mediapress.az

Könül Aypara